Hörmüz böhranı fonunda İranın neft ixracı diqqət çəkdi
İran son beş gün ərzində təxminən 18 milyon barel neft ixrac edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
˝TankerTrackers˝ şirkətinin məlumatına görə, həyata keçirilən neft tədarüklərinin ümumi dəyəri təxminən 1,44 milyard dollar təşkil edir.
Məlumata əsasən, ixrac həcmləri regionda davam edən gərginlik fonunda İranın enerji sektorunun fəaliyyətini qoruduğunu göstərir.
19:46 19.06.2026
Oxunuş sayı: 50