Aİ-də yeni mövqe: Əksəriyyət Rusiya ilə danışıqlara "hə" deyir
Avropa İttifaqına üzv ölkələrin böyük əksəriyyəti Ukrayna məsələsi ilə bağlı Rusiya ilə danışıqların aparılmasını dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Belə ki, bu təşəbbüs Avropa Şurasının sədri Antonio Koşta tərəfindən irəli sürülüb. Lakin Fransa və Almaniya hazırkı şəraitdə danışıqlara başlamağın məqsədəuyğun olmadığını bildirərək təşəbbüsə qarşı çıxıblar.
Həmin mövqeyə Danimarka, Niderland və Estoniya da qoşulub.
Məlumata əsasən, danışıqların vaxtı və formatı ilə bağlı Aİ daxilində fikir ayrılıqları davam etsə də, üzv ölkələrin əksəriyyəti diplomatik təmasların bərpa olunmasının zəruriliyini vurğulayır.
12:21 19.06.2026
Oxunuş sayı: 46