Zelenski Fitso ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş naziri Robert Fitso ilə görüş keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, müharibənin dayandırılması və sülhün əldə olunması istiqamətində diplomatik səylər, eləcə də Ukrayna–Slovakiya hökumətlərarası məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məsələləri gündəmə gətirilib.
12:05 19.06.2026
Oxunuş sayı: 46