Bolqarıstan Rusiyaya qarşı yeni sanksiya paketilə bağlı veto ilə hədələyib
Bolqarıstan Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiya paketini dəstəkləməyə bilər və sənəddən müəyyən bəndlər çıxarılmasa, veto hüququndan istifadə edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Belə ki, Bolqarıstan Moskva Patriarxı Kirillə qarşı məhdudiyyətlərin və ölkə iqtisadiyyatı üçün risk yarada biləcək bəzi sanksiyaların paketdən çıxarılmasını tələb edir.
Baş nazir Rumen Radev bildirib ki, Sofiya “Lukoil” şirkətinin fəaliyyəti, Sofiya metrosu üçün ehtiyat hissələrinin təchizatı və gübrə idxalı ilə bağlı risklər görür.
Eyni zamanda Bolqarıstan Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı sanksiyalara da razı deyil və bu səbəbdən sənəd üzrə yekun qərarın dəyişdirilməsini tələb edir.
11:53 19.06.2026
Oxunuş sayı: 63