GAİM-də yay məktəbinə qeydiyyat davam edir
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yay məktəbində proqramlaşdırma dərslərinə qeydiyyat davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Peşəkar müəllim Emin Məmmədovun tədris etdiyi dərslər müasir informasiya texnologiyaları sahəsində nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar qazandırmağı hədəfləyir.
Dərslər fərdi və qrup şəklində təşkil olunur. Şagirdlər praktiki layihələr üzərində işləmək, müasir texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları üçün vacib olan biliklərə yiyələnmək imkanı qazanacaqlar. Proqram həm başlanğıc, həm də orta səviyyəli tələbələr üçün nəzərdə tutulub.
14:53 16.06.2026
Oxunuş sayı: 38