Crossmedia.az kollektivinin iki əməkdaşı hərbi xidmətə gedir
Crossmedia.az Analitik İnformasiya portalının redaksiyasında hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, redaksiyanın iki müxbiri – Elmir Heydərli və Ülvi Zahidovun hərbi xidmətə yola düşməsi ilə bağlı tədbir təşkil olunub.
Tədbir redaksiyanın ofisində baş tutub. Baş redaktor Mübariz Göyüşlü əməkdaşların indiyə qədərki fəaliyyətini yüksək qiymətləndirərək, onlara gələcək həyatlarında, xüsusilə də hərbi xidmətdə uğurlar arzulayıb.
Hərbi xidmətə yola salınan əməkdaşlar yaradılan şəraitə və göstərilən diqqətə görə redaksiya rəhbərliyinə təşəkkür ediblər.
Onlar cari ilin iyul ayında hərbi xidmətə yola düşəcəklər.
Qeyd edək ki, həmin əməkdaşlar bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən məzun olublar.

Ayhan
17:13 15.06.2026
Oxunuş sayı: 49