TDT-nin baş katibi Azərbaycan xalqını təbrik edib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"15 iyun - Azərbaycan Respublikasının Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə səmimi təbriklərimi çatdırmaq və ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək istəyirəm. Bu əlamətdar gün milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişaf və çiçəklənmə yolunun rəmzidir", - deyə paylaşımda qeyd olunub.
14:11 15.06.2026
Oxunuş sayı: 48