Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram", -deyə paylaşım mətnində qeyd edilib.
13:23 15.06.2026
Oxunuş sayı: 76