Slovakiya Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Slovakiya Respublikasının Bakıdakı səfirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır. Azərbaycana davamlı sülh, sabitlik və rifah arzulayırıq", - məlumatda qeyd olunub.
12:21 15.06.2026
Oxunuş sayı: 53