Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
Azərbaycanın Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərindəki diasporu 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir təşkil edib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Krivoy-Roq şəhərində Azərbaycan diasporunun fəalları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Ağsaqqallar Şurasının sədri Yusif Nuriyev çıxış edərək Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və xalqımız qarşısında əvəzsiz xidmətləri haqqında geniş məlumat verib.
Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, Ulu Öndərin uzaqgörən və praqmatik siyasəti nəticəsində dünyada güclü Azərbaycan diasporu formalaşıb. Onun sözlərinə görə, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük bir hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi və müasir Azərbaycanın memarıdır. Ulu Öndərin uğurlu xarici siyasəti sayəsində Azərbaycan bir çox ölkələr, xüsusən də Ukrayna üçün strateji tərəfdaşdır.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
19:52 14.06.2026
Oxunuş sayı: 62