Barak Obama adlı namizəd məğlubiyyətdən sonra Ağ Evə iddia etdi
ABŞ-da Kaliforniya qubernatorluğu uğrunda keçirilən seçkidə məğlub olan Barak Obama Şou 2028-ci ildə ABŞ prezident seçkilərinə qatılmaq üçün rəsmi müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Obama Şou” bundan əvvəl Kaliforniyanın Alameda şəhərinin meri vəzifəsinə də namizədliyini irəli sürmüşdü, lakin həmin seçkidə də uğur qazana bilməmişdi.
Qeyd olunur ki, o, Kaliforniya qubernatorluğu yarışında da məğlub olduqdan sonra siyasi karyerasını federal səviyyədə davam etdirmək qərarına gəlib.
15:29 14.06.2026
Oxunuş sayı: 58