Zelenski: Sülh sazişini bəlkə də artıq Putinlə imzalamaq lazım gəlməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada ictimai narazılığın artdığını və ölkə rəhbərliyinə bununla bağlı məlumatların təqdim edildiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya rəhbərliyinin masasına çıxarılan bəzi sənədləri əldə edib. Həmin sənədlərdə sentyabr seçkiləri ərəfəsində Rusiya Prezidenti Vladimir Putinə dəstəyin azalacağı və vətəndaşlar arasında narazılığın artacağı proqnozlaşdırılır.
“Bəlkə də sülh sazişini artıq Putinlə imzalamaq lazım gəlməyəcək. Putinə nadir hallarda tam həqiqəti əks etdirən məlumatlar təqdim olunur. Lakin onun qarşısına qoyulan sənədlər belə müəyyən nəticələr çıxarmağa imkan verir”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri hesab edir ki, Rusiyada daxili siyasi proseslər və ictimai əhval-ruhiyyə qarşıdakı dövrdə mühüm dəyişikliklərə səbəb ola bilər.
15:21 14.06.2026
Oxunuş sayı: 51