İran və ABŞ nümayəndələri memorandum üçün bir araya gəlir
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin bu gün qarşılıqlı anlaşma memorandumunun imzalanması məqsədilə virtual görüş keçirəcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İsrailin i24 telekanalının yaydığı məlumata görə, tərəflər onlayn formatda baş tutacaq görüş zamanı memorandumun imzalanmasını rəsmiləşdirə bilərlər.
Bununla yanaşı, İran rəsmiləri daha əvvəl memorandumun hələ yekun təsdiqlənmədiyini və sənədin baxılma mərhələsində olduğunu açıqlamışdılar.
Qeyd edək ki, son dövrlərdə Vaşinqton və Tehran arasında aparılan danışıqlar fonunda tərəflərin mümkün razılaşmaya yaxınlaşdığı barədə məlumatlar yayılır.
15:13 14.06.2026
Oxunuş sayı: 55