İranın raket və dron hücumundan sonra Bəhreyndəki radar məntəqəsinin məhv edildiyi bildirilir
Yayılan peyk görüntüləri iyunun 11-də həyata keçirildiyi iddia edilən İran raket və dron hücumundan sonra Bəhreyndə yerləşən AR-327 erkən xəbərdarlıq radar məntəqəsinin tamamilə məhv edildiyini göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Cəbəl əd-Duxan bölgəsində yerləşən strateji obyekt hücum nəticəsində ciddi zərər görüb və radar sisteminin fəaliyyəti tam dayanıb. Peyk şəkillərində məntəqənin yerləşdiyi ərazidə geniş dağıntı izlərinin müşahidə olunduğu qeyd edilir.
Hadisə ilə bağlı Bəhreyn və ya digər rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib. Məlumatın müstəqil mənbələr tərəfindən tam təsdiqlənməsi istiqamətində araşdırmalar davam edir.
Qeyd edək ki, erkən xəbərdarlıq radar sistemləri hava və raket təhdidlərinin vaxtında aşkarlanmasında mühüm rol oynayır və regionun təhlükəsizlik infrastrukturunun əsas elementlərindən hesab olunur.
13:28 14.06.2026
Oxunuş sayı: 55