Qətər nümayəndə heyəti danışıqları davam etdirmək üçün Tehrana gəlib
Qətərin diplomatik nümayəndə heyəti yenidən İrana səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın media qurumları məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinin səfərinin məqsədi Tehran və Vaşinqton arasında aparılan danışıqların davam etdirilməsi, eləcə də mümkün razılaşmanın yekunlaşdırılması istiqamətində vasitəçilik səylərini davam etdirməkdir.
Qətər nümayəndə heyəti ölkənin xarici işlər nazirinin müşavirinin rəhbərliyi ilə ötən həftə keçirilən danışıqların davamı üçün Tehrana qayıdıb.
Səfər ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yaxın günlərdə imzalana biləcəyi ilə bağlı səsləndirilən açıqlamalar fonunda baş tutur.
Müşahidəçilər hesab edirlər ki, Qətərin vasitəçilik təşəbbüsləri tərəflər arasında diplomatik təmasların davam etdirilməsində mühüm rol oynayır və mümkün razılaşma istiqamətində aparılan prosesə əlavə impuls verə bilər.
13:10 14.06.2026
Oxunuş sayı: 69