İsrail Livan xalqına müraciət edib: Gələcəyiniz Tehranda deyil, Beyrutda müəyyən olunmalıdır
ABŞ-dəki İsrail səfirliyi rəsmi “X” hesabında paylaşdığı bəyanatda Livan xalqına müraciət edərək Hizbullahın fəaliyyətini tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paylaşımda bildirilib ki, Hizbullah uzun illər ərzində Livanı ölkənin və xalqın maraqlarına xidmət etməyən qarşıdurmalara sürükləyib. İsrail tərəfi təşkilatın Livanın milli maraqlarından daha çox İranın regional siyasətinə xidmət etdiyini iddia edib.
Bəyanatda vurğulanıb ki, Livanın gələcəyi xarici qüvvələrin təsiri altında deyil, ölkənin öz siyasi iradəsi əsasında formalaşmalıdır. İsrail səfirliyi daha güclü, sabit və firavan Livanın yalnız qərarların Beyrutda qəbul edildiyi halda mümkün olacağını qeyd edib.
“Daha güclü və daha firavan Livan, gələcəyi Tehranda deyil, Beyrutda müəyyən edildiyi zaman mümkündür”, – paylaşımda bildirilib.
12:20 14.06.2026
Oxunuş sayı: 58