İran mediasında ABŞ ilə mümkün razılaşma ilə bağlı fikir ayrılığı dərinləşib
İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində geniş müzakirələrə səbəb olub. Xüsusilə ölkənin aparıcı mətbuat orqanları bu məsələdə fərqli mövqelər nümayiş etdirirlər.
Crossmedia.az xəbər verir ki, hökumətə yaxın media qurumları olan “İran” və “Həmşəhri” qəzetləri mümkün sazişi Tehran diplomatiyasının uğuru və ölkənin strateji maraqlarına xidmət edən addım kimi qiymətləndirirlər. Nəşrlər bu mövqeyi əsaslandırarkən İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən səsləndirilən fikirlərə də istinad edirlər.
Bununla yanaşı, mühafizəkar və sərt xətt tərəfdarı media orqanları razılaşmaya qarşı çıxırlar. Həmin nəşrlər sənədin İranın milli maraqlarını tam təmin etmədiyini, eyni zamanda Tehranın bəzi mühüm güzəştlərə getməsinə səbəb ola biləcəyini iddia edirlər.
Beləliklə, ABŞ ilə mümkün razılaşma ətrafında formalaşan müzakirələr İran mediasını iki fərqli mövqedə birləşdirərək ölkədə siyasi və ictimai debatları daha da gücləndirib.
12:04 14.06.2026
Oxunuş sayı: 53