Hörmüz böhranı Yaponiyanı Rusiyaya yönəldirir
Yaponiyanın hakim partiyasından olan deputat Nişida bildirib ki, Hörmüz boğazının bağlanması ölkəyə ciddi iqtisadi ziyan vurub.
Crossmedia.az xəbər verir ki, deputat Nişida TASS-a açıqlamasında yaranmış vəziyyət fonunda Rusiya Federasiyası ilə əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.
Deputatın sözlərinə görə, ABŞ Rusiyadan neftin qiyməti ilə bağlı tətbiq olunan tavanın ləğvinin qarşısını alaraq dünya neft bazarına qlobal nəzarət etmək istəyir.
O əlavə edib ki, enerji bazarında baş verən proseslər ölkələrin iqtisadi maraqlarına ciddi təsir göstərir.
09:28 14.06.2026
Oxunuş sayı: 64