ABŞ Hindistandan Rusiya neftinin alınmasını davam etdirməsini istəyib
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ABŞ-nin qlobal enerji bazarlarında sabitliyin qorunması məqsədilə Hindistandan Rusiya neftinin alınmasının davam etdirilməsi ilə bağlı mövqe bildirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, bu yanaşma dünya neft bazarında qiymətlərin kəskin dəyişməsinin qarşısını almağa yönəlib.
O bildirib ki, Hindistan enerji siyasətini milli maraqlar və bazar şərtləri əsasında formalaşdırmağa davam edir.
10:35 13.06.2026
Oxunuş sayı: 68