İsrail ABŞ-lə memorandumun imzalanmasına mane olmağa çalışır
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Tehran və Vaşinqton arasında nəzərdə tutulan memorandumun imzalanmasına mane olmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Nazirin sözlərinə görə, sənəddə ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməməsi və ölkənin suverenliyini pozmaması ilə bağlı öhdəliklər yer alacaq.
Əraqçi qeyd edib ki, razılaşmanın ayrılmaz hissələrindən biri də İsrailin Livana qarşı hərbi əməliyyatlarının dayandırılması məsələsidir.
İranlı diplomat memorandumun regionda sabitliyin təmin olunmasına töhfə verə biləcəyini vurğulayıb.
10:25 13.06.2026
Oxunuş sayı: 56