Türkiyə Ermənistanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir
Türkiyə Ermənistanla quru sərhədinin açılmasından sonra iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki , u barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb. Məlumata görə, Alican (Marqara) və Akyaka (Axurik) sərhəd-keçid məntəqələrinin artıq bu yay istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Ermənistan tərəfdə keçid məntəqələrinin açılışa hazır olduğu bildirilsə də, Türkiyə tərəfinin yekun qərarı gözlənilir.
Qəzetin məlumatına əsasən, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 300–350 milyon dollar səviyyəsində qiymətləndirilir.
13:49 11.06.2026
Oxunuş sayı: 51