Paşinyan: Ermənistanın KTMT-dən çıxarılması qərarını nəzərə alacağıq
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul etsələr, İrəvan bunu nəzərə alacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair açıqlama verən Sergey Lavrov təşkilata üzv ölkələrin Ermənistanın iki il ərzində üzvlük haqlarını ödəməməsi ilə əlaqədar nizamnamənin mümkün xaricetmə mexanizmini nəzərdən keçirmək barədə razılığa gəldiklərini bildirib.
13:15 11.06.2026
Oxunuş sayı: 46