Krımda benzin qıtlığı: Sevastopol rəhbərliyi əhaliyə çağırış etdi
İlhaq edilmiş Krımda yanacaq çatışmazlığı yaşandığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Sevastopolun “qubernatoru”nun məlumatına görə, şəhərə yanacaq daşıyan maşınların daxil olmaması səbəbindən benzin təchizatında fasilələr yaranıb.
O, vətəndaşlara yanacaq üçün növbələrdə dayanmaqdan çəkinməyə çağırış edib və bildirib ki, hazırda yanacaq əldə etmək üçün nəzərdə tutulan yeni QR kodların verilməsi də dayandırılıb.
Bölgədə benzin qıtlığının davam etdiyi qeyd olunur.
12:53 11.06.2026
Oxunuş sayı: 43