Küveyt hava məkanını müvəqqəti bağlayıb
Küveyt hakimiyyəti bölgədə artan gərginlik və İranın həyata keçirdiyi hücumlar fonunda ölkənin hava məkanını müvəqqəti olaraq bağlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, qərar mülki aviasiya üçün potensial təhlükələrin artması səbəbindən qəbul edilib. Bildirilib ki, bəzi reyslər müvəqqəti olaraq alternativ hava limanlarına yönləndirilib.
Hava məkanının nə vaxt yenidən açılacağı ilə bağlı hələlik əlavə məlumat verilməyib.
12:37 11.06.2026
Oxunuş sayı: 57