Rusiyanın Ermənistandakı səfiri İrəvana qayıdıb
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin məsləhətləşmələrdən sonra yenidən İrəvana qayıdaraq öz vəzifəsinin icrasına başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, may ayının sonunda diplomat Ermənistan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla bağlı Moskva ilə məsləhətləşmələr üçün Rusiyaya çağırılmışdı.
Hazırda səfirin İrəvana qayıdaraq diplomatik fəaliyyətini davam etdirdiyi bildirilir.
12:13 11.06.2026
Oxunuş sayı: 46