Rusiyaya dron hücumu: yaralılar var
Ukrayna Rusiyanın Krasnodar diyarına dron hücumu həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, Kuban bölgəsində hücumdan sonra neft emalı zavodunun ərazisində yanğın baş verib. Hücum Sever rayonunu da əhatə edib, bir neçə fərdi yaşayış evinə ziyan dəyib və bir nəfər yaralanıb. Bundan başqa, dron qalıqları Krasnodar şəhərində çoxmənzilli binaya düşüb, nəticədə iki nəfər xəsarət alıb.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində 330 Ukrayna pilotsuz uçuş aparatını vurub.
12:15 11.06.2026
Oxunuş sayı: 55