ABŞ İranda bir neçə hərbi hədəfə zərbə endirdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun yaydığı məlumata görə, zərbələr İranın davamlı və təcavüzkar addımlarına cavab olaraq endirilib.
Açıqlamada bildirilir ki, ABŞ qüvvələri Ali Baş Komandanın əmri əsasında iyunun 10-da İran ərazisində yerləşən bir neçə hədəfə əlavə zərbələr endirib.
Məlumata görə, əməliyyatlar zamanı İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemləri hədəfə alınıb.
ABŞ tərəfi hücumların məqsədinin İranın hərbi imkanlarını zəiflətmək və regiondakı təhlükələrə qarşı tədbir görmək olduğunu vurğulayıb.
11:38 11.06.2026
Oxunuş sayı: 51