İran ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
İran İordaniyada yerləşən ABŞ-nin Əl-Əzraq aviabazasına zərbələr endirdiyini bəyan edib.
Crossmedia.az Tasnim agentliyinə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aviabazada yerləşən F-15, F-16 və F-35 qırıcılarının dislokasiya məntəqələrinin 12 ballistik raketlə vurulduğunu iddia edib.
Eyni zamanda, məlumatlara görə, İranın hücumları fonunda Küveyt hava məkanını müvəqqəti olaraq bağlayıb.
Həmçinin qeyd edək ki, İran həmçinin pilotsuz uçuş aparatları vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qüvvələrinə hücum edib.
Hadisələrlə bağlı ABŞ və İordaniya tərəfi hələlik rəsmi açıqlama verməyib.
Zeynəb Həsən
09:43 11.06.2026
Oxunuş sayı: 44