Türkiyə və BƏƏ-dən yeni nəhəng dəmir yolu layihəsi
Türkiyə və Səudiyyə Ərəbistanı dörd ölkəni birləşdirən dəmir yolu inşa etmək istəyirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.
O, qeyd edib ki, layihə Səudiyyə Ərəbistanından İordaniya və Suriyadan keçərək Türkiyəyə dəmir yolu inşa etməyi və sonradan Avropa marşrutlarına qoşulmağı nəzərdə tutur.
Uzunmüddətli perspektivdə dəmir yolu şəbəkəsinin Fars körfəzi ölkələrinə - Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Omana genişləndirilməsi nəzərdən keçirilir ki, bu da vahid regional logistika sistemi yaradacaq.
Ankara və Ər-Riyad artıq təşəbbüslə bağlı iki müqavilə imzalayıblar.
19:35 10.06.2026
Oxunuş sayı: 48