Putin əmlakın müsadirə edilməsi haqqında yeni qanun imzaladı
Rusiya Prezidenti Vladimir Putin xaricdə Rusiyanın maraqlarına qarşı cinayət törətmiş vətəndaşların əmlakının müsadirə edilməsini nəzərdə tutan qanun imzalayıb. Sənəd dərc edilib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Əvvəllər ölkəni tərk edən şəxslər yalnız xarici agent kimi fəaliyyət göstərmək və ya Rusiya Federasiyasında arzuolunmaz hesab edilən xarici təşkilatlarda iştirak etmək prosedurlarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunurdular. Hüquqi şəxslər həmçinin kommersiya rüşvətxorluğuna və ya cinayət yolu ilə əldə edilmiş əmlakla bağlı əməliyyatlara görə məsuliyyətə cəlb edilə bilərdilər.
İmzalanmış qanuna əsasən, ölkədən kənarda törədilmiş cinayətlərə görə şəxslərin məsuliyyətə cəlb edilməsi qaydaları müəyyən inzibati xətalara, o cümlədən media azadlığından sui-istifadə, nifrət və ya düşmənçiliyin qızışdırılması, Rusiyanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərə açıq çağırışlar və Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına şamil ediləcək. Bu cinayətlərə görə cərimələrin ödənilməməsinə görə də inzibati məsuliyyət tətbiq olunacaq.
18:41 10.06.2026
Oxunuş sayı: 52