Pakistan ordusuna məxsus helikopter qəzaya uğrayıb, ekipaj həlak olub
Pakistan Silahlı Qüvvələrinə məxsus Mil Mi-17 Pakistanın Cammu və Kəşmir bölgəsində qəzaya uğrayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə Cammu və Kəşmir ərazisində, Muzaffarabad yaxınlığında baş verib.
Məlumata görə, helikopterdə olan bütün ekipaj üzvləri həlak olub. Qəzanın səbəbləri barədə əlavə məlumat hələ açıqlanmayıb.
17:50 10.06.2026
Oxunuş sayı: 50