Tramp: Yaxın Şərqin xuliqanı artıq ölüdür
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ordusu “tam xaos içindədir” və onun bir hissəsi, o cümlədən hava və dəniz qüvvələri faktiki olaraq artıq mövcud deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Prezidenti qeyd edib ki, İran yalnız danışır, lakin real addımlar atmır və “Yaxın Şərqin xuliqanı artıq ölüdür”.
Trampın sözlərinə görə, İran uzun müddət danışıqları uzadıb və bunun nəticəsində onlar üçün əlverişli ola biləcək razılaşmanı əldən verib.
O əlavə edib ki, bundan sonra İran “qiymət ödəməli olacaq”.
17:47 10.06.2026
Oxunuş sayı: 55