Ərdoğan: Türkiyənin təhlükəsizliyi Hələb, Dəməşq və Beyrutdan başlayır
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizliyi Hələb, Dəməşq və Beyrutdan başlayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Türkiyə Prezidenti vurğulayıb ki, İstanbul, Dəməşq və Beyrut “qardaş şəhərlər” hesab olunur və regiondakı sabitlik birbaşa Türkiyənin milli təhlükəsizliyinə təsir göstərir.
O əlavə edib ki, Ankara regiondakı gərginliklərə laqeyd qalmayacaq və qonşu xalqlara qarşı yönəlmiş hər hansı aqressiyanı görməzlikdən gəlməyəcək.
17:46 10.06.2026
Oxunuş sayı: 59