MSK-da səhv qalmaqalı: “Çiçəklənən Ermənistan”ın səsləri artdı
Ermənistanda aparılan yenidən hesablama nəticəsində Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına əlavə 92 səsin yazıldığı müəyyən edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iki seçki məntəqəsində aparılan yoxlamadan sonra partiyanın ilkin olaraq Mərkəzi Seçki Komissiyasının saytında göstəriləndən daha çox səs aldığı üzə çıxıb. 27/7 saylı məntəqədə 1 səs əvəzinə 77 səs, 27/26 saylı məntəqədə isə 3 səs əvəzinə 19 səs qeydə alınıb.
Ərazi seçki komissiyasının sədri uyğunsuzluğu texniki səhvlə izah edərək bildirib ki, sistemdə məlumatların daxil edilməsi zamanı bir sətirin yer dəyişməsi rəqəmlərin yanlış göstərilməsinə səbəb olub.
Partiya daha əvvəl də bəzi məntəqələrdə səs sayımında qeyri-dəqiqliklər olduğunu iddia etmişdi. İlkin nəticələrə əsasən, “Çiçəklənən Ermənistan”ın ümumi səs faizi 3,996% təşkil edir və 4%-lik baryeri keçib-keçmədiyi yekun nəticələrdən sonra məlum olacaq.
17:31 10.06.2026
Oxunuş sayı: 546