Tramp İran ordusu ilə bağlı sərt açıqlama verib
ABŞ prezidenti Donald Trump İranın Yaxın Şərqdə ABŞ hədəflərinə endirdiyi zərbələrdən sonra “Truth Social” platformasında sərt açıqlama yayıb.
Crossmedia.az “Truth Social” platformasına istinadən xəbər verir ki, Tramp paylaşımında İran ordusunun ağır zərbə aldığını və hərbi potensialının böyük hissəsinin sıradan çıxdığını iddia edib.
Onun sözlərinə görə, İran ordusu “ağır vəziyyətdədir” və Hərbi Dəniz Qüvvələri ilə Hərbi Hava Qüvvələrinin böyük hissəsi artıq effektiv deyil.
Tramp həmçinin bildirib ki, İranın əsas gücü “yalnız danışmaqdır” və real hərbi nəticələrdə zəif qalır.
ABŞ prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı İranın son addımlarını tənqid edərək, Tehranı mümkün danışıqların nəticələrini gecikdirməkdə ittiham edib.
17:51 10.06.2026
Oxunuş sayı: 51