İran ABŞ müttəfiqlərini açıq şəkildə hədələdi
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Xızrian ABŞ-ni dəstəkləyən region ölkələri ilə bağlı sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ Yaxın Şərqdə gərginliyin artmasından İrana qarşı siyasi və psixoloji təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
Xızrianın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müharibədən şərəfli çıxış yolu axtarır və ya daha genişmiqyaslı hərbi addımlar atmağa, ya da danışıqlarda üstünlük qazanmaq üçün İrana təzyiqi artırmağa çalışır.
Deputat İordaniyada baş verən son hadisələrə də toxunaraq bildirib ki, ABŞ ilə hərbi əməkdaşlıq edən ölkələrin infrastrukturu təcavüz mənbəyinə görə cavab hədəfi kimi qiymətləndirilə bilər.
O əlavə edib ki, bu cür xəbərdarlıqlar ABŞ qüvvələrini dəstəkləyən digər region ölkələrinə də şamil oluna bilər.
17:38 10.06.2026
Oxunuş sayı: 1351