İran ABŞ və İsraili diplomatik prosesə zərər verməkdə ittiham edib
İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili diplomatik prosesə zərər vurmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinad edir.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə aparılan danışıqlar son hadisələr fonunda yenidən nəzərdən keçirilə bilər.
Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən atəşkəsin dəfələrlə pozulması diplomatik prosesə mənfi təsir göstərir və bu, danışıqların davamlılığına risk yaradır.
Bəqayi vurğulayıb ki, “diplomatiya və hərbi fəaliyyət ayrılmazdır” və İran milli maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. O əlavə edib ki, diplomatik proses yalnız müəyyən siyasi şərait daxilində irəliləyə bilər.
17:30 10.06.2026
Oxunuş sayı: 48