ABŞ və İran nüvə proqramı ilə bağlı kompromis variantları müzakirə edir
ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağa tətbiq olunması məsələsini müzakirə edir.
Crossmedia.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, tərəflər nüvə sazişi danışıqları çərçivəsində mümkün razılaşmanın əsas şərtləri üzərində fikir mübadiləsi aparır.
Məlumata əsasən, Vaşinqton əvvəlcə 20 illik məhdudiyyət təklif edib, İran isə 10 illik müddəti dəstəkləyib. Hazırda tərəflərin 15 illik kompromis variant üzərində razılığa gələ biləcəyi bildirilir.
Danışıqlarda həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, nüvə obyektlərinin gələcəyi və beynəlxalq müfəttişlərin yoxlama səlahiyyətləri də müzakirə mövzusu olaraq qalır.
Qeyd edilib ki, müzakirələr hələ ilkin mərhələdədir və yekun razılaşma barədə qeyri-müəyyənlik davam edir.
17:53 10.06.2026
Oxunuş sayı: 47