Lavrov: Ermənistan KTMT-dəki üzvlüyünü itirə bilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyü təhlükə altına düşə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, təşkilata üzv dövlətlər Ermənistanın iki ildən artıq müddətdə üzvlük haqqını ödəməməsi səbəbindən nizamnamə müddəalarının tətbiqini müzakirə edəcək.
Lavrov qeyd edib ki, Ermənistan ödəniş etməməsini təşkilat fəaliyyətində faktiki iştirak etməməsi ilə izah edir. Buna görə də ölkənin KTMT-də gələcək statusu üzv dövlətlərin müzakirəsinə çıxarıla bilər.
17:22 10.06.2026
Oxunuş sayı: 50