Emin Ağalarov: Azərbaycanda qonşumun torpağını 3 milyon dollara aldım
Xalq artisti Emin Ağalarov Abşeron ərazisində qonşusuna məxsus torpaq sahəsini almaq üçün 3 milyon dollar ödədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, sənətçi bu barədə Kseniya Sobçakın VK Video platformasında yayımlanan verilişində danışıb.
Ağalarovun sözlərinə görə, onu qonşusunun saxladığı çoxsaylı itlərin səsi narahat edirmiş. Belə ki, Sea Breeze yaşayış kompleksinin köhnə hissəsində yaşayan qonşusunun təxminən 20 iti olub və onların hürməsi daim narazılıq yaradıb.
“Torpaqla bağlı danışıqlar səkkiz il davam etdi. Nəticədə 30 sot sahəyə görə 3 milyon dollar ödədim. Bu, hətta Barvixadakı qiymətlərdən də bahadır”, – deyə Ağalarov bildirib.
O, həmçinin qeyd edib ki, indiyədək Azərbaycanda 900-dən çox torpaq sahəsi əldə edib.
07:27 11.06.2026
Oxunuş sayı: 42