Kremldən Paşinyana “gözlə” mesajı
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi ilə bağlı hələlik dəqiq razılaşma əldə olunmayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilərin yekun nəticələrinin iyunun 14-də açıqlanması gözlənilir.
“Bilirsiniz ki, seçkilərin yekunları ilə bağlı açıqlama gözlənilir. Seçkilərdə iştirak edən bir çox tərəf nəticələrə etiraz etməyi planlaşdırır. Səslərin yenidən hesablanması və digər prosedurlar olacaq. Bu isə kifayət qədər mürəkkəb və uzun prosesdir”, – deyə Peskov Rusiya KİV-lərinə açıqlamasında bildirib.
Qeyd edək ki, daha əvvəl Putinlə Paşinyan arasında mümkün görüşlə bağlı müxtəlif məlumatlar yayılmışdı.
17:06 10.06.2026
Oxunuş sayı: 55