Krımda turistlərə artıq dəniz mənzərəsi yox, benzin hədiyyə olunur - FOTO
Krımda yerləşən bəzi otellər turistləri cəlb etmək üçün yeni üsula əl atıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, otaq bron edən qonaqlara artıq klassik “all inclusive” xidmətləri deyil, yanacaq hədiyyəsi təklif olunur.
Qeyd edilir ki, rezervasiya zamanı turistlərə 10–20 litr benzin veriləcəyi vəd olunur. Bu addımın bölgədə nəqliyyat və yanacaq çatışmazlığı fonunda turist axınını saxlamaq məqsədi daşıdığı bildirilir.

16:32 10.06.2026
Oxunuş sayı: 56