Zaxarova Ermənistanın “seçimini” açıqladı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avrasiya İqtisadi Birliyi Ermənistana boş vədlər deyil, real və hiss olunan faydalar təqdim edir.
Crossmedia.az Sputnik radiosuna istinadən xəbər verir ki, müsahibəsində Zaxarova qeyd edib ki, məhz buna görə Ermənistan cəmiyyətində Rusiya və Avrasiya inteqrasiya strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsinə maraq mövcuddur.
Onun sözlərinə görə, Ermənistan xalqının Rusiya ilə ikitərəfli münasibətləri dəstəkləməsi bu əlaqələrin praktik faydalarının və iqtisadi üstünlüklərinin dərk edilməsindən irəli gəlir.
Zaxarova vurğulayıb ki, Moskva İrəvanla münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.
16:24 10.06.2026
Oxunuş sayı: 50