Ukrayna “Patriot”a rəqib raket hazırlayıb
Ukrayna özünün “Patriot” hava hücumundan müdafiə sisteminə bənzər raketini hazırlayıb və artıq ilk uçuş sınaqlarını həyata keçirib.
Crossmedia.az xəbər verir ki, "Fire Point" tərəfindən verilən məlumata görə, “FP-7.x” adlı raket ballistik raketlər və pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulub.
İstehsalçıların bildirdiyinə görə, bu tip bir raketin qiyməti təxminən 700 min ABŞ dolları olacaq. Bu isə ABŞ istehsalı olan Patriot PAC-3 raketinin təxminən 3,8 milyon dollarlıq qiymətindən xeyli ucuzdur.
Şirkət istehsala avqust ayında başlamağı planlaşdırır. İlk hazır məhsulların isə 2027-ci ildə ortaya çıxacağı gözlənilir.
16:00 10.06.2026
Oxunuş sayı: 65