Hakan Fidan Moskvaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan 15–17 iyun tarixlərində Moskvaya işgüzar səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Sergey Lavrov arasında görüş keçiriləcək.
Danışıqlarda ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Bununla yanaşı, səfər proqramında digər ikitərəfli təmasların da nəzərdə tutulduğu qeyd edilib.
15:44 10.06.2026
Oxunuş sayı: 50