Livan və Qəzza sərhədi “qırmızı zona” elan edildi – ABŞ-dən yeni qərar
ABŞ səfirliyi İsraildə diplomatların hərəkətinə məhdudiyyət qoyub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət qulluqçularına İsrailin Livan, Misir və Qəzza zolağı ilə həmsərhəd bölgələrinə səfər etmək qadağan edilib.
Bununla yanaşı, amerikalı diplomatların İordan çayının qərb sahilinin əksər ərazilərinə getməsinə də icazə verilmir.
Məhdudiyyətlərin təhlükəsizlik səbəbilə tətbiq olunduğu bildirilir.
15:20 10.06.2026
Oxunuş sayı: 54