Krımda simvolik hədəf vuruldu: Sevastopolun məşhur muzeyi zərər gördü
Ukrayna pilotsuz uçuş aparatı ilhaq edilmiş Krım yarımadasında yerləşən Sevastopolun Müdafiəsi Panorama Muzeyi binasına zərər vurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, zərbə nəticəsində muzey kompleksinin binasına ziyan dəyib. Hadisə ilə bağlı açıqlama verən Sevastopolun Rusiyanın təyin etdiyi rəhbəri Mixail Razvojayev bildirib ki, bina şəhərin müdafiəsinin simvollarından biridir.
Razvojayev qeyd edib ki, muzey dəfələrlə hücumlara məruz qalsa da, qorunub saxlanılıb. O, hadisəni tarixi paralellə müqayisə edərək xatırladıb ki, İkinci Dünya Müharibəsi dövründə Sevastopolun müdafiəsi zamanı panorama binası Almaniya aviasiyasının bombardmanlarına məruz qalmışdı.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
15:28 10.06.2026
Oxunuş sayı: 57