Aİ İsrailə sanksiya tətbiq edə bilmir – Səbəb AÇIQLANDI
Avropa İttifaqı İsrailə qarşı sanksiyaların niyə tətbiq edilmədiyini açıqlayıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, İsrailə qarşı genişmiqyaslı sanksiyaların tətbiqi və ticarət sazişlərinin dayandırılması ilə bağlı məsələ üzv ölkələr arasında yekdil dəstək olmadığı üçün həyata keçirilmir.
Kallas qeyd edib ki, ona tez-tez Avropa İttifaqının Rusiya və Ukrayna məsələsində vahid mövqe nümayiş etdirdiyi halda, İsraillə bağlı eyni yanaşmanın niyə sərgilənmədiyi sualı ünvanlanır.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə Aİ-yə üzv olan 27 ölkə arasında bu məsələdə ortaq qərar formalaşmayıb.
15:00 10.06.2026
Oxunuş sayı: 53