Pezeşkian: İranı daxildən parçalamaq istəyirlər
İran Prezidenti Məsud Pezeşkian ölkədə birliyin qorunmasının xarici təhdidlərə qarşı əsas amil olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu fikirləri mərhum liderin xatirəsinə həsr olunmuş “Əmin İran” anım mərasimində çıxışı zamanı səsləndirib.
İran prezidenti qeyd edib ki, milli birlik və daxili həmrəyliyin qorunması düşmən planlarının qarşısının alınması üçün ən vacib strategiyadır. Onun sözlərinə görə, regional müqavimət təcrübəsi göstərib ki, heç bir ölkə yalnız bombardman və hərbi təzyiqlərlə təslim edilə bilməz.
Pezeşkian bildirib ki, İranla hərbi qarşıdurmada nəticə əldə edə bilməyən qüvvələr indi ölkə daxilində parçalanma və ixtilaf yaratmağa çalışırlar.
O əlavə edib ki, milli konsensus birtərəfli yanaşma deyil, qarşılıqlı çeviklik və kompromis tələb edir. Prezident vurğulayıb ki, mövcud həssas şəraitdə daxili fərqlərin qabardılması düşmənin təsir imkanlarını artırır.
Məsud Pezeşkian çıxışında həmçinin İranın Ali Liderinin dəstəyinin və rəhbərliyinin dövlət siyasətinin həyata keçirilməsində əsas dayaqlardan biri olduğunu qeyd edib.
14:53 10.06.2026
Oxunuş sayı: 48