ABŞ-dan ardıcıl zərbələr: İranın hava müdafiəsi çökdürülür?
ABŞ İranda hava hücumundan müdafiə sistemlərini vurub.
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən Axios-un jurnalisti Barak Ravid bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı ikinci və üçüncü hücum dalğalarını həyata keçirib.
Crossmedia.az Axios xəbər saytına istinadən xəbər verir ki, məlumata görə, zərbələr əsasən İranın hava hücumundan müdafiə sistemləri, radar qurğuları və nəzarət məntəqələrinə yönəlib. ABŞ rəsmiləri əməliyyatın müdafiə xarakteri daşıdığını və bölgədəki təhlükələrə cavab olaraq həyata keçirildiyini qeyd ediblər.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında gərginlik kəskin şəkildə artıb. Vaşinqtonun İranın hərbi infrastrukturuna endirdiyi zərbələrdən sonra Tehran da regiondakı ABŞ obyektlərinə qarşı cavab hücumları həyata keçirib.
09:38 10.06.2026
Oxunuş sayı: 72